PR Debat Klub-un məqsədi PR və Kommunikasiya sahələrində fəaliyyət göstərən şəxslər üçün Debat formatında müzakirə və çıxış imkanları yaratmaqdır.

PR Debat Klub Azərbaycanda yenicə formalaşan PR və Kommunikasiya bazarının sürətli və yeni standartlara uyğun inkişafına töhfə verir, eyni zamanda burada aparılan debatlar ictimaiyyətlə əlaqələr və kommunikasiya sahələrində fəaliyyət göstərənlərin təmsil etdikləri qurumlarla cəmiyyət arasında sağlam körpülər qurmasına yardımçı olur.

PR Debatlarının ilkin mərhələdə ay ərzində bir dəfə təşkil olunması planlaşdırılır. Klubda iştirakçılar öz brendləri ilə bağlı cəmiyyətdə mövcud olan neqativ fikir və ya hücumlara qarşı müdafiə çıxışları ilə yanaşı, yeni xidmətlərini və məhsullarını da təqdim edə biləcəklər.

PR debatlar tanınmış, peşəkar moderatorlar tərəfindən idarə olunur. Debatlarda ictimaiyyətin və media mənsublarının iştirakı sərbəstdir.

PR Debat Klub haqqında ətraflı məlumat əldə etmək istəyənlər aşağıda göstərilən social media hesablarına müraciət edə bilərlər.